Bu gün Misli Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.
Sportinfo.az xəbər verir ki, günün ilk qarşılaşmasında autsayder komandalar üz-üzə gələcəklər.
"SOCAR Polymer Arena"da "Şəfa" - "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Cari mövsüm Premyer Liqada qələbəsi olmayan Naxçıvan kollektivi bu görüşdə ilk qalibiyyətini almağa çalışacaq.
Paytaxt təmsilçisi isə turnir cədvəlindəki ən yaxın izləyicisini məğlub edərək mövqeyini bir qədər də yaxşılaşdırmağı planlaşdırır.
Sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Günün digər matçında isə "Zirə" və "Qəbələ" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Oyun Zirə İdman Kompleksinin stadionunda, saat 18:30-da başlayacaq.
"Zirə" 16 xalla turnir cədvəlinin altıncı sırasında qərarlaşıb. 8 xalı olan "Qəbələ" onuncudur. 4 xala malik "Şəfa" onbirinci, 3 xalla "Araz-Naxçıvan" isə sonuncu - onikinci pillədə yer alıb.
Turun əvvəlki oyunlarında "Turan Tovuz" "Qarabağ"ı, "Neftçi" isə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.
16:00. "Şəfa" – "Araz-Naxçıvan" 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev.
VAR: Emin Əliyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"SOCAR Polymer Arena"
"Şəfa": 97. Tiaqo Silva 42. Elnur Cəfərov (k) 5. Arsen Ağcabəyov 21. İsmayıl Zülfüqarlı 83. Nihad Quliyev 6. Fərid Yusifli 18. Bafode Dansoko 4. Maudo Jarjue 17. Musa Quel 11. Andrey Draqu 9. Luis Felipe
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 99. Məmməd Hüseynov 3. Tərlan Quliyev 28. Murad Musayev 55. Rauf Hüseynli 29. Vüsal Qənbərov 23. Nahid Əliyev 77. Elmar Məmmədov 8. Vlad Pop 22. Umar Diav 34. Kristofer Mamenqi 7. Treyvon Fuller
Baş məşqçi: Zaur Həşimov
"Araz-Naxçıvan": 1. Artur Auqusto 14. Ülvi İsgəndərov 2. Abdulla Rzayev 9. Ağadadaş Salyanskiy 27. Boyan Letiç 6. Patrik Andrade (k) 11. Mohamed Mara 36. Mamadu Kane 12. Bruno Franko 10. Şarl Boli 5. Luka Dumançiç
Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli 26. Ömər Buludov 13. Qabil Əlizadə 22. Rəşad Həsənov 53. Fərid Tağıyev 21. İbrahim Piriyev 77. Nihat Mehralıyev 19. Abdallah Sudi
Baş məşqçi: Yuri Maksimov
18:30. "Zirə" – "Qəbələ"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rauf Cabarov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu
