Misli Premyer Liqasının 11-ci turunda “Qarabağ” bu mövsüm ilk dəfə öz meydanında məğlub olub.
Sportinfo.az xəbər verir ki, əvvəlki 4 ev matçının 3-də qələbə qazanıb, 1-də heç-heçə edən ağdamlılar geridə qalan turda “Turan Tovuz”a yenilib – 0:1.
Əvəzində digər iddialılar “Neftçi”, “Zirə” və “Sabah” doğma azarkeşləri önündə məğlubiyyətsizlik seriyasını davam etdiriblər. “Zirə” 7-ci, digərləri isə 5-ci ev görüşündə uduzmayıblar.
Diqqətçəkən statistika “Şəfa” – “Araz-Naxçıvan” qarşılaşmasında qeydə alınıb. 2:2 hesabı ilə bitən matçda “Şəfa” cari mövsüm ilk dəfə evdə, “Araz-Naxçıvan” isə səfərdə xal qazanıb. Hər iki komanda ardıcıl 4 məğlubiyyətdən sonra 1 xalla öyünə bilib.
“İmişli” ilə qolsuz bərabərə qalan “Sumqayıt” da səfərdə qələbə üzü görməyən komandalardandır. “Kimyaçılar” bu mövsüm qonaq olduğu 4 görüşün heç birində aktivinə 3 xal yazdırmayıb.
Beləliklə, çempionatın geridə qalan ilk dövrəsində “Turan Tovuz”, “Sabah”, “Zirə” və “Neftçi” evdə, “Qarabağ” isə səfərdə məğlub olmayıb.
“Araz-Naxçıvan” nə evdə, nə də səfərdə qələbə üzü görüb. Bundan başqa, “Şəfa” öz meydanında, “Zirə” ilə “Sumqayıt” isə səfərdə rəqiblərini üstələməyi bacarmayıblar.
