"Sabah"ın rəhbərindən mesaj və ya “Qarabağ” modeli: Görmək, öyrənmək, tətbiq etmək!

23:40 Premyerliqa 78
"Sabah"ın rəhbərindən mesaj və ya “Qarabağ” modeli: Görmək, öyrənmək, tətbiq etmək!

"Sabah" ilk dəfə qatıldığı Çempionlar Liqasında tarix yazmağa davam edir.

"Bayquşlar" 3 mərhələni uğurla arxada qoyaraq pley-offa vəsiqə qazanıb.

Əldə olunan zəfərdən sonra mətbuata açıqlama verən klubun Prezidenti Maqsud Adıgözəlovun bir fikri xüsusilə diqqət çəkdi.

Sitat: "Qarabağ” mənim üçün möhtəşəm klubdur. Həmişə deyirəm ki, “Qarabağ” olmasaydı, “Sabah”ın inkişafı belə tez baş tutmazdı. Ona görə ki, həmişə qarşımızda “Qarabağ”ı görür və çalışırdıq onlardan daha yaxşı olaq..."

Bu açıqlamada illərdi dediyim, yazdığım həqiqət gizlənir.

"Qarabağ" Azərbaycan futbolunun bataqlığında formalaşan uğurlu bir sistemdir.

Özünü illərdi təsdiqləyən qüsursuz nümunədir.

Nümunəni yaratmaq çətindir.

Özü də yuxarıda qeyd etdiyim bataqlıqda iki qat çətindir.

Ağdam klubu çətin olan missiyanı uğurla yerinə yetirib.

Qalırdı nümunəyə baxıb, eynisini yaratmaq.

Bax, Maqsud bəyin dediyi budur.

"Sabah" ailəsi baxdı, götürdü və qurdu.

Təbii ki, özlərinin də müəyyən uğurlu əlavələrini etməklə.

Demək ki, istəyəndə olur.

İndi də Maqsud Adıgözəlovun rəhbəri olduğu "Sabah" digər Premyer Liqa klublarına yaxşı nümunə sayılmalıdır.

Ki, "Qarabağ"a baxıb, görüb, eynisini yaratmaq mümkünmüş.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti