Premyer Liqa klubları “yaz yuxusu”ndan nə vaxt ayılacaq?

19 Mart 02:00 Premyerliqa 314
Premyer Liqa klubları “yaz yuxusu”ndan nə vaxt ayılacaq?

Premyer Liqada 27-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bununla da liqada fasilə yaranıb.

Buna səbəb Azərbaycan milli komandasının mart ayında keçirəcəyi 2 yoxlama oyunudur.

Milli komandamız martın 22-də Sumqayıtda Haiti, martın 25-də isə Masazırda Belarus komandaları ilə qarşılaşacaq. Bu məqsədlə Fernandu Santuşun rəhbərliyi ilə martın 18-də milli hazırlıq prosesinə başlayacaq.

Premyer Liqa isə martın 28-də 28-ci turun “Turan Tovuz” - “Qarabağ” matçı ilə bərpa olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"