Utanırsanmı, Elçin Mənsiyev?
Şamaxıda verdiyin qərara görə deyirəm.
"Turan Tovuz"un qapısına təyin etdiyin penaltinin səhv olduğunu tribunadakı azarkeşlər gördü.
Meydandakı futbolçular gördü.
VAR-da oturan həmkarların belə səhv qərar olduğunu gördü.
Hətta Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da açıq şəkildə etiraf etdi ki, həmin epizodda penalti yox idi.
Amma sən israrından dönmədin. Qərarı verdin. VAR-a baxdın, yenə də qərarını dəyişmədin.
Rəhim Həsənov hələm-hələm hakim səhvini etiraf edən adam deyil. Bir çox hallarda gizlədib, malalayıb.
Düşün, nə qədər böyük səhvə yol vermisən ki, Hakimlər Komitəsinin sədri belə öz hakimlərinin səhvini etiraf etmək məcburiyyətində qaldı.
Deməli, bu dəfəki qərarın ağırlığı o həddə olub ki, bunu özü də təsdiqləyib.
Bəs bu etiraf nəyi dəyişəcək?
"Turan"ın itirdiyi iki xal geri qaytarılacaqmı? Xeyr.
Yeyilən haqqı bərpa olunacaqmı? Xeyr.
Bu işi bacarmırsanızsa, gedin başqa peşənin arxasınca.
Futbol ictimaiyyətinin əsəblərini az tarıma çəkin.
Bu qədər də olmaz!Utanırsanmı, Elçin Mənsiyev?

Bu qədər də olmaz!
XANOĞLAN/ SPORTİNFO.AZ