“Neftçi” Qəbələdə, “Qarabağ” Bakıda qələbə qazandı

18 Sentyabr 21:36 Premyerliqa 1 435
“Neftçi” Qəbələdə, “Qarabağ” Bakıda qələbə qazandı

Bu gün Misli Premyer Liqasının 6-cı tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

Liderlər qrupunda olan “Neftçi” “Qəbələ” ilə qarşılaşıb. Bu, "Neftçi" üçün əlamətdar oyun olub.

Çünki bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 1000-ci matçı kimi tarixə düşüb. Görüşdə paytaxt təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

Digər oyunda isə “Qarabağ” "Şəfa”nı qəbul edib. Matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Turun digər matçları sentyabrın 19-20-də keçiriləcək.

17:30. "Qəbələ" – "Neftçi" 0:3

Qollar: Breno Almeyda 25, Adeleke Akinyemi 86, Lyubomir Tupta 90+2

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov.

VAR: Tural Qurbanov.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Qəbələ şəhər stadionu

"Qəbələ": 1. Səlahət Ağayev (k) 4. Elvin Camalov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 9. Karim Rossi 7. Bruno Silva 6. Xayme Syerra 12. Kouya Mabea 16. İsaak Amoah 5. Natan Monzanqo 80. Meşak Uboçioma
Ehtiyat oyunçular: 32. Artur Motta 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 81. Samir Ağayev 21. Ziya Şəkərxanov 19. Xəyyam Məmmədli 30. Cuma Hüseynov 24. İsmael Akinade 3. Edson Eduardo
Məşqçi: Amil Ağacanov

"Neftçi": 1. Emil Balayev, 8. Emin Mahmudov (k) 3. Rüfət Abbasov 77. Falaye Sako 5. İqor Ribeyro 55. Endryu Qravilyon 33. Breno Almeyda 10. Freddi Varqas 88. Viçko Şevel 11. Alen Şkribek 27. Draqolyub Saviç
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 91. Nurəziz Əzizov 14. Elvin Bədəlov 17. Murad Xaçayev 7. Emil Səfərov 24. Mustafa Sek 18. İfeanyi Metyu 97. Bassala Sambu 29. Lyubomir Tupta 26. Adeleke Akinyemi 22. Denzel Jubitana 20. Qustavo Klisman
Baş məşqçi: Yuri Vernidub

19:45. "Qarabağ" – "Şəfa" 1:0

Qol: Marko Yankoviç, 61-pen.

Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Tofiq Bəhramov adına Respublika stadionu

"Qarabağ": 23. Martin Zlomisliç, 8. Marko Yankoviç (k), 2. Mateus Silva, 5. Bruno Lanqa, 10. Xoni Montiel, 29. Renaldo Sefas, 25. Cebrail Makreçkis, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 4. Bense Varkonyi, 33. Dieqo Rosa.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov, 20. Kadi Borges, 19. Taofik İsmail, 35. Pedro Bikalyo, 11. Reda Xadra, 88. Samuel Lobato.
Baş məşqçi: Qurban Qurbanov.

"Şəfa": 12. Əlirza Müştəbazadə, 28. Murad Musayev (k), 83. Nihad Quliyev, 6. Fərid Yusifli, 10. Dilan Mertens, 18. Bafode Dansoko, 4. Maudo Jarjue, 17. Musa Quel, 11. Andrey Draqu, 34. Kristofer Mamenqi, 7. Treyvon Fuller.
Ehtiyat oyunçular: 1. Nicat Mehbalıyev, 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev, 42. Elnur Cəfərov, 55. Rauf Hüseynli, 5. Arsen Ağcabəyov, 21. İsmayıl Zülfüqarlı, 29. Vüsal Qənbərov, 23. Nahid Əliyev, 8. Vlad Pop, 22. Umar Diav.
Baş məşqçi: Zaur Həşimov.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə