Misli Premyer Liqasında 6-cı tur davam edir.
Sportinfo.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.
Əvvəlcə turun mərkəzi görüşündə “Turan Tovuz” öz meydanında “Zirə”ni qəbul edib. Görüş Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər matçda isə “Sabah” “İmişli”ni sınağa çəkib. Qarşılaşma "Sabah"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Tura sentyabrın 20-də yekun vurulacaq. Ötən gün "Neftçi" "Qəbələ"ni (3:0), "Qarabağ" "Şəfa"nı məğlub edib - 1:0.
17:30. "Turan Tovuz" – "Zirə" 1:0
Qollar: Filip Damyanoviç, 90+4
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı
VAR: Əli Əliyev
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Tovuz şəhər stadionu
"Turan Tovuz": 1. Oleq Baklov 5. Roderik Miller 23. Alexandro Serrano 90. Jo Batista 77. Vadji İbrahima 32. Hayderson Hurtado (k) 7. Xorxe Silva 19. Roberto Olabe 25. Denis Marandiçi 33. Filip Damyanoviç 11. Dioqo Balau
Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin 4. Rahil Məmmədov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 99. Sadiq Şəfiyev 3. Enrike Silva 15. Emmanuel Hakman 8. David Tavareş 28. Aleksa Yankoviç
Baş məşqçi: Kurban Berdıyev
"Zirə": 72. Hüseynəli Quliyev 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 2. Amin Seydiyev 11. Ayxan Hüseynov 4. Ruan Renato 21. Rikardo Martins 20. İssa Cibrila 5. Ange Mutsinzi 27. Bayere Lue 33. Mehdi Mişahşah
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 6. Hacıağa Hacılı 14. Elçin Əlicanov 48. Ramiz Muradov 57. Yusif Hacıyev 9. Davit Volkov 10. Giorgi Papunaşvili 3. Dimitri Leqbo
Baş məşqçi: Rəşad Sadıqov
19:45. "Sabah" – "İmişli" 3:1
Qollar: Sadiq Məmmədzadə, 20 (a.q), Umarali Raxmonaliyev, 35, Kahim Parris, 90+3 - Ronaldo, 90
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
"Bank Respublika Arena"
"Sabah": 92. Stas Pokatilov (k), 5. Rəhman Daşdəmirov, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 80. Akim Zedadka, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 37. Du Keyros, 7. Umarali Rahmonaliyev, 4. Eyden Makkarti, 8. Kristian Nvaçukvu.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 6. Abdulla Xaybullayev, 16. Rauf Rüstəmli, 11. Kahim Parris, 33. Junior Almeyda, 99. Patrik Mbina, 88. Rodriqo Fernandes, 18. Karlos Eduardo, 23. Yunes Laşaab.
Baş məşqçi: Valdas Dambrauskas.
"İmişl"i: 22. Sadiq Məmmədzadə, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı (k), 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 13. Rafael Vyeqas, 21. Ronaldo de Souza, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 80. Deko.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 99. İmam Əli, 17. Seyxan Fərəcov, 55. Murad Ələkbərov, 33. Əkbər Eyubov, 30. Xəlil Mürsəlli, 10. Dioqo Kardozo, 7. Luis Silvestr, 8. Xuan Hernandes, 42. Sebai Senin.
