"Təsadüfi bir işlə mümkün deyil ki...”

00:30 Premyerliqa 88
"Təsadüfi bir işlə mümkün deyil ki...”

Misli Premyer Liqasının VI turu çərçivəsində "Sabah"ın qonağı olan "İmişli" 1:3 hesablı məğlubiyyətlə üzləşib.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "İmişli"nin baş məşqçisi Fərid Namazov matç haqda fikirlərini bildirib:

- Oyunun ağır keçəcəyini bilirdik. "Sabah"ın hücum xəttində təhlükəli olduğunu bildiyimiz üçün maksimal dərəcədə onun qarşısını almağa çalışırdıq. Birinci hissə istədiyimizi reallaşdıra bilirdik. İkinci hissə isə topa nəzarət etməyə çalışırdıq. Milli fasilədən maksimum yararlanmağa çalışacağıq.

- Bütün komandalara qarşı eyni oyun planında oynamağın nəticə baxımından problem yaradacağını düşünürsünüzmü?

- Struktur baxımından bir iş yoxdursa komandada, 20 tur da keçsə, nəticə olmayacaq. Təsadüfi bir işlə mümkün deyil ki, hansısa bir uğur qazanasız. Keçən oyunda 25-ci dəqiqədən sonra,bu oyunda isə ikinci hissədə verdiyimiz reaksiyanın yaxşı olduğunu düşünürəm. Nəticəni zaman göstərəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 01:00 "Komandamdan razı qalmadım"