AFFA “qara zolağ“a düşən “Neftçi”ni Elçinə tapşırdı

26 Noyabr 2021 13:20 Premyerliqa 970
AFFA “qara zolağ“a düşən “Neftçi”ni Elçinə tapşırdı

Azərbaycan Premyer Liqasında XII turun bütün təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, sabah start götürəcək turun 4 matçının ədalət təmsilçiləri bəlli olub.

Son çempion “Neftçi”nin “Səbail”lə dueli Elçin Məsiyevə həvalə edilib. Turun digər qarşılaşmaları Rəşad Əhmədov, Kamranbəy Rəhimov və Rauf Cabarova tapşırılıb.

27 noyabr (şənbə)

“Sabah” – “Keşlə”
Hakimlər:
Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bank Respublika Arena”, 16:00

“Neftçi” – “Səbail”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”, 18:15

28 noyabr (bazar)

“Sumqayıt” – “Zirə”
Hakimlər:
Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Kapital Bank Arena”, 16:00

29 noyabr (bazar ertəsi)

“Qəbələ” – “Qarabağ”
Hakimlər:
Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Vüqar Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu, 16:00

Xəbər Lenti