"Neftçi" göstərdi ki, "çempionski qələbə"ni qazanacaq heyətə malik deyil"

27 Fevral 2021 14:40 Premyerliqa 1 325
"Neftçi" göstərdi ki, "çempionski qələbə"ni qazanacaq heyətə malik deyil"

"Qəbələ"nin keçmiş rəisi Səbuhi Səfiyarlı Premyer Liqanın 17-ci turu ilə bağlı maraqlı fikirlər səsləndirib.

Sportinfo.az xəbər verir ki, təcrübəli funksioner "Neftçi"nin çempionluğa layiq oyun sərgiləmədiyini bildirib:

"Çempionat oyunları üst-üstə düşdüyündən, hamıaına baxa bilməmişdim, yenidən izlədim.

Əvvəldən dediyim kimi, komandaların əsas problemi stabilliyin olmamasıdır: bu tur gözlənilmədən liderdən xal alır, o biri tur gözlənilmədən uduzur, sonra bir heç-heçə...

Belə-belə, demək olar hamı bir-birini yola verir. "Keşlə"nin iki turda qələbəni qoruya bilməməsi də hələ ruhun formalaşmamasındandır: çox rahat qol buraxırlar.

Ən maraqla gözlədiyim "Zirə" - "Neftçi" oyununda hər iki tərəfin ortaya iş qoyması sevindirdi.

"Neftçi" göstərdi ki, "çempionski qələbə"ni 2-3 turdan bir qazanacaq heyətə və usta oyunçulara malik deyil. Hardasa dayanmalı idi və bunun "Zirə"yə təsadüf etməsi gözlənilməz olmadı.

Ən xoşuma gələn "Qəbələ", ən çox təəssüfləndirən "Sabah" olmaqda davam edir. "Sabah"ın ehtiyatdan oyuna qoşulanları: Diniyev, Şeydayev, Xulio... Hərəsi bir "evin dayağı" ola bilər".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!