
Evangelos Platellasın mövsümü harada başa vuracağına aydınlıq gəlib.
Sportinfo.az-ın məlumatına görə, yunanıstanlı legioner yaya kimi "Neftçi"də qalacaq.
Bu, yarımmüdafiəçi ilə klub rəhbərliyi arasında keçirilən görüşdə dəqiqləşib.
Azərbaycanda ikinci mövsümünü keçirən elladalı Roberto Bordinlə "qırğındadır". Baş məşqçi aylardan bəridir onunla yola getmir və şans vermir. Platellas bir neçə dəfə çıxıb getmək istəyib, rəsmilər qarşısını alıb.
Bu dəfə isə ona ciddi vəd veriblər. Yunanıstanlı əsas heyətdə yer alacağı vədini eşidəndən sonra ölkəsindən gələn təklifləri geri çevirib.