“Elə bir "ova" çıxmamışıq”.
Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin baş icraçı direktoru Cenk Sümer deyib.
O, qış fasiləsində yeni qapıçı gətiriləcəyi ilə bağlı iddialara aydınlıq gətirib:
“Hər mövqe üçün hər dönəm hazırlaşırıq. Futboldur, hər şey ola bilər - təklif gələ bilər, zədələnmə baş verər və ya performans aşağı düşər.
Əsas olan baş məşqçinin verəcəyi hesabatdır. Ondan fasilə dövrü üçün transfer siyasətinə istiqamət verəcək hesabat alacağıq.
Lakin skaut departamentimiz və futbol şöbəmiz daim araşdırmalarını davam etdirir, hazırda bir neçə ölkədə oyunları canlı izləyən heyətimiz var. Gələcək hesabata və büdcəmizə əsasən lazımi addımlar atılacaq”.
