“Neftçi”dən gedən hücumçu B Seriyasına yüksələn klubla anlaşdı

09:00 Neftçi 68
“Neftçi”dən gedən hücumçu B Seriyasına yüksələn klubla anlaşdı

“Neftçi”nin sabiq legioneri Andre Şinyaşikinin klubsuz günləri başa çatıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu karyerasını ölkəsində davam etdirəcək.

Ötən mövsümün sonunda Bolqarıstanın “Arda” klubundan ayrılan 29 yaşlı forvard bir neçə aylıq fasilədən sonra yenidən yaşıl meydanlara dönə biləcək. Çünki o, Braziliyanın B Seriyasına yüksələn “Santa Kruz” ilə anlaşıb.

Baş məşqçi Ze Rikardonun rəhbərlik etdiyi komanda artıq növbəti mösümün heyətinin əsasını formalaşdırıb. Şinyaşiki bu ilin dekabrında komandanın mövsümöncəsi təlim-məşq toplanışına qoşulacaq.

Andre Şinyaşiki 2023-cü ilin yayından 2025-ci ilin əvvəlinə qədər “Neftçi”nin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!