“Neftçi”nin yarımmüdafiəçisi qələbədə pay sahibi oldu

02:30 Neftçi 57
“Neftçi”nin yarımmüdafiəçisi qələbədə pay sahibi oldu

“Neftçi”nin yarımmüdafiəçisi Sessi D Almeydanın çıxış etdiyi Benin yığması Afrika Millətlər Kubokunda növbəti oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, sözügedən komanda Mərkəzi Afrika ilə üz-üzə gəlib.

5 qolun vurulduğu matç Beninin qələbəsi ilə başa çatıb – 4:1.

Almeyda oyuna start heyətdə başlayıb və 84-cü dəqiqədə, oyunda bütün qollar vurulandan sonra əvəzlənib.

Benin 3 turdan sonra 7 xalla qrup lideridir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...