“Neftçi“nin idman direktoru baş məşqçini transfer əməliyyatlarından niyə uzaqlaşdırıb?

8 Avqust 2022 13:00 Neftçi 2 228
“Neftçi“nin idman direktoru baş məşqçini transfer əməliyyatlarından niyə uzaqlaşdırıb?

“Neftçi“ rəhbərliyi ilə yeni baş məşqçi Lorentsiu Regekampf arasında razılaşmanın maraqlı detalı üzə çıxıb.

2 illik müqaviləyə imza atan çalışdırıcı heç bir transfer əməliyyatında iştirak etməyəcəyinə dair öhdəlik götürüb.

O. nəinki Rumıniyadan, başqa ölkələrdən olan futbolçuların alınması prosesinə qarışmayacaq.

Bakılılar bu yay 5 əcnəbini sıralarına qatıb. Bunlar Ataa Caber (“Aşdod”, İsrail), Qodsvey Donyo (“Makkabi”, Hayfa, İsrail), Kenni Sayef (“Aşdod”, İsrail), Solomon Kvirkveliya (“Qaqra”, Gürcüstan) və Yeqor Boqomolskidır (“Minsk”, Belarus).

Regekampf bu futbolçuların transferində pay sahibi deyil. Klubun idman direktoru Zaur Əzizov onlarla daha əvvəl - yeni baş məşqçi təyinatının gerçəkləşməsini gözləmədən həyata keçirib.

İyunun əvvəlində Samir Abasovu istefaya göndərib, ayın 23-də rumını görəvə gətirən rəsmilərin yeni oyunçuların alınmasında bu cür «titiz» mövqe sərgiləməsi, yəqin ki, bir səbəbdən qaynaqlanır.

«Ağ-qaralar» bilir ki, rumıniyalı məşqçilər, adətən, menecerlərlə əlbir fəaliyyət göstərir, transferlərdən pul tutur.

Vaxtilə Mirça Rednikin «Xəzər Lənkəran»da bu kimi işlərdən külli miqdarda pul qazanması məlumdur və bunu həmin vaxt onun gətirdiyi legionerlər də etiraf edir.

Daniel Muntyanı da zamanında Zaur Əzizovun baş meneceri olduğu «Qəbələ»də eyni varianta az «baş vurmayıb».

Demirik Regekampfın «arxa yol»la pul qazanmaq istədiyini iddia etmirik. Amma başına gələndən başmaqçı olan Zaur Əzizovun ehtiyatını gözləməsi birmənalıdır.

Söz yox, idman direktoru çox şey bilir, odur ki, bütün məsuliyyəti öz üzərinə götürüb...

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"