"Neftçi"nin hücumçusuna yenə nə oldu?

22 İyun 2021 14:20 Neftçi 2 132
"Neftçi"nin hücumçusuna yenə nə oldu?

"Neftçi"nin forvardı Mirabdulla Abbasov zədələnib.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu Sloveniyadakı təlim-məşq toplanışında komandadan ayrı məşq edir.

Forvard hazırlıq prosesində ikitərəfli oyun zamanı yüngül xəsarət alıb və yerli "Olimpiya" (Lyublyana) klubu ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdə iştirak etməyib.

Abbasovun bərpa prosesi uğurla davam etdirilir. Onun iyunun 25-də Macarıstan “Fehervar"ına qarşı ikinci yoxlama matçında meydanda olacağı gözlənilir.

Ölkə çempionunun Sloveniyadakı son rəqibi isə Rusiyanın "Spartak" (Moskva) klubu olacaq. Bu qarşılaşma iyunun 29-da keçiriləcək.

Mirabdulla Abbasovun "ağ-qaralar"la müqaviləsi 2023-cu ilin yayınadək uzadılıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”