“Neftçi”nin baş məşqçisi narazı qalandan sonra… VİDEO

13 Sentyabr 12:20 Neftçi 1 755
“Neftçi”nin baş məşqçisi narazı qalandan sonra… VİDEO

“Sportinfo TV“də yayımlanan “Sport Xəbər“ izləyicilərin görüşünə gəlib.

Burada bir neçə məlumat diqqətə çatdırılıb.

Bildirilib ki, “Neftçi”nin baş məşqçisi Yuri Vernidub komandanın hazırkı müdafiə xəttindən narazıdır. Xüsusilə stoper mövqeyi narahatlıq yaradır.

Son oyunlarda İqor Ribeyronun yol verdiyi səhvlər məşqçilər korpusunu ciddi məyus edib.

Əcnəbi baş məşqçi mövsümün sonuna qədər hazırkı stoperlərlə yola davam etməyi riskli sayır. Bu səbəbdən rəhbərliyə yeni əcnəbi stoperin transfer olunmasını xahiş edib.

“Şəfa” heyətinə yeni ad qatıb. 22 ildən sonra Premyer Liqaya qayıtmış paytaxt təmsilçisi bu dəfə yerli bazara üz tutub.

“Göy-ağlar“ Vüsal Qənbərovla anlaşıb. “İmişli“dən ayrılan 23 yaşlı vingerlə bağlanan müqavilənin müddəti 1 ildir.

İyuldan bəri klubsuz qalan Yassin Benzia isə yenidən Azərbaycana dönə bilər. “Əl-Feyha” əlcəzairli legionerlə başa çatan müqaviləni yeniləməyib.

Səudiyyə Ərəbistanını tərk edən afrikalı “Turan Tovuz”un təklifinə şiffahi şəkildə “hə“ deyib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti