Joze Mourinyo yenidən “Real”a qayıdacaq?

20 Oktyabr 2023 12:20 İspaniya 1 886
Joze Mourinyo yenidən “Real”a qayıdacaq?

“Roma”nın baş məşqçisi Joze Mourinyo “Real”ın “sükanı arxasına” keçməyə namizədlər siyahısındadır.

Sportinfo.az xəbər verir ki, İspaniya klubunun rəhbərliyi komandanın hazırkı baş məşqçisi Karlo Ançelotti ilə müqaviləsi başa çatdıqdan sonra Mourinyonu 2024-cü ilin yayında dəvət etmək variantını nəzərdən keçirir.

60 yaşlı portuqaliyalı mütəxəssis 2010-2013-cü illərdə “Real”a rəhbərlik edib. O, kluba İspaniya çempionatında, İspaniya kubokunda və superkubokda qələbə qazandırıb.

Digər Xəbərlər
Xəbər Lenti