Azərbaycan klubu bir neçə əcnəbi baş məşqçi ilə danışıqlar aparır - SON DƏQİQƏ

8 Noyabr 2023 09:40 Kəpəz 3 955
Azərbaycan klubu bir neçə əcnəbi baş məşqçi ilə danışıqlar aparır - SON DƏQİQƏ

"Kəpəz" Azər Məmmədovun istefasından sonra baş məşqçi axtarışlarını davam etdirir.

Az vaxt qaldığından komandanı "Araz-Naxçıvan" ilə matça Etibar İbrahimov hazırlayıb çıxaracaq.

O, Azər Məmmədovun məşqçilər korpusunda yer alıb. İbrahimov bu matçdan sonra "sarı-göylər"lə vidalaşacaq.

Klubdan redaksiyamıza verilən məlumata görə, yeni çalışdırıcının kimliyi qarşıdakı bir həftə ərzində müəyyənləşəcək. Hazırda bir neçə yerli və əcnəbi mütəxəssislə danışıqların getdiyi bildirilib.

A.Məmmədov Premyer Liqanın 12-ci turunda "Qarabağ"a 1:7 hesabı ilə məğlubiyyətindən sonra istefa verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”