Görün, İsveçi mat qoyan Emin Mahmudov oyundan əvvəl nələr deyib - FOTO FAKT

16 Noyabr 2023 23:40 Maraqlı 4 528
Görün, İsveçi mat qoyan Emin Mahmudov oyundan əvvəl nələr deyib - FOTO FAKT

Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda İsveç yığmasını darmmadağın edib - 3:0.

Qarşılaşmadan sonra Azərbaycan millisinin sabiq kapitanı Ruslan Abışov hazırkı kapitan Emin Mahmudovla bağlı maraqlı paylaşım edib.

O, İsveçlə görüşdə öncə "8 nömrə" ilə arasında olan yazışmanı sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Dostların arasında keçən səmimi söhbətləşmədə Abışovun "Sən bu gün qol vuracaqsan" yazmasına Mahmudov "İnanmıram biz onların qapısın görək, amma, inşallah" - deyə reaksiya verib.

Milli komandamızın parlaq qələbə qazandığı görüşdə Ruslanın Eminlə bağlı fikirləri öz təsdiqini artıqlaması ilə doğruldub.

Kapitan nəinki qol, hətta qollar vurub.

O, bir və üçüncü qolun müəllifi olub.

Emin Mahmudovun ifasında sonuncu qolumuz isə fantastik alınıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"