Kral atasının varidatına sahib çıxmaq üçün Azərbaycanı təcili tərk etdi

23 May 21:20 Maraqlı 6 768
Kral atasının varidatına sahib çıxmaq üçün Azərbaycanı təcili tərk etdi

Azərbaycan futbolu ilə yaxından maraqlananlar Mohammed Kadirini mütləq ki, xatırlayır.

Vaxtilə “Avstriya” (Vyana, Avstriya), “Arsenal” (Tula, Rusiya), “Dinamo” (Kiyev, Ukrayna), “Çernomorets” (Odessa, Ukrayna), “Hönved” (Budapeşt, Macarıstan) kimi komandaların formasını geyinib, 2023/24 mövsümünü “Araz-Naxçıvan”da keçirən qanalı dayaq yarımmüdafiəçi.

Kadiri bu gün də Azərbaycanda olmalı, “Mingəçevir”in heyətində “Qəbələ” ilə pley-off qarşılaşmasına hazırlaşmalıydı.

Ötən mövsüm Mingəçevirin eyniadlı komandası ilə 1 illik müqavilə bağlayan qanalının sözləşməsinin müddəti bu ayın sonunda başa çatırdı.

Lakin o, yanvarda qeyri-adi səbəb göstərərək komandanı tərk etmək məcburiyyətində qaldı.

Mohammed Qananın Şimal bölgəsinin kral ailəsinin kral nəslindəndir. Uşaqlıqdan varlı və imtiyazlı həyat yaşayıb. Yəni pula görə klubları əlcək kimi dəyişməyib.

Kadirinin babasının varidatı atasına qalıb və uzun müddət onun adında olub. 2025-ci ilin dekabrında futbolçunun atası dünyasını dəyişib. Var-dövlət vərəsəliyi keçib Mohammedlə digər dörd qardaşının adına.

Kadiri qış fasiləsində atasının vəfatı ilə bağlı Qanaya gedəndə real durumla yerində tanış olub. Bu günə qədər var-dövləti, şan-şöhrəti uşaqlıq arzusu olan futbola qurban verirdisə, 30 yaşdan sonra yüksək səviyyədə futbol oynamağın mümkünsüzlüyünü anlayaraq mirasa sahiblənməyi vacib bilib.

Mingəçevirə qayıdaraq başına gələnləri və bundan sonrakı arzularını rəhbərliyə çatdırıb. Heç kimə ona mane olmayıb. Əksinə, qarşısında “yaşıl” işıq yandırılıb.

O da öz növbəsində 20 ilə yaxın məşğul olduğu sənətdən uzaqlaşaraq krallığı gələcək nəsillərə rahat şəkildə təhvil vermək üçün Qanada yaşamağı qərara alıb.

Ona görə deyiblər ki, qulaq hər gün bir söz eşitməsə, kar olar.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”