5 min dollara görə Azərbaycanı Hindistana dəyişdi

15 Avqust 22:20 Maraqlı 4 510
5 min dollara görə Azərbaycanı Hindistana dəyişdi

"Sumqayıt"la müqaviləsi başa çatan Nikola Ninkoviç Hindistanda çıxış edəcək.

31 yaşlı futbolçu “Nort İst Yunayted”lə bir illik müqavilə imzalayıb.

"Sumqayıt" son ana qədər serbiyalı yarımmüdafiəçinin xidmətində maraqlı olub.

Aktiv danışıqlar aparılıb.

Təcrübəli legioner özü də qalmaq istəyini bildirib.

Yeganə maneə maaş olub.

Ötən mövsüm aylıq qazancı 7 min dollar olan "10 nömrə" bu mövsüm üçün tələbini artırıb.

O, yalnız aylıq 12 min dollar qarşılığında qayıtmağa hazır olduğunu bildirib.

Klub onun istəyini qarşılamayınca getmək qərarını verib.

Nikola Ninkoviç ötən mövsümün əvvəlndə “Tekstilaç”dan “Sumqayıt”a keçmişdi.

O daha əvvəl “Cenoa”, “Partizan”, “Kyevo”, “Empoli”, “Breşiya”, “Torpedo”(Kutaisi) kimi klublarda da çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?