Azərbaycandan gedən şəxsin dünya ulduzuna etdiyi möhtəşəm jestin VİDEOsu

21:20 Maraqlı 122
Azərbaycandan gedən şəxsin dünya ulduzuna etdiyi möhtəşəm jestin VİDEOsu

Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatını qalib başa vurdu.

Tarixində ikinci dəfə Avropa çempionluğunu bayram edən seçməmiz finalda Ukraynanı 2:0 hesabı ilə məğlub etməyi bacardı.

Həmin gün oyundan əvvəl məhz finalın keçirildiyi zalda şou xarakterli matç baş tutub.

Françesko Totti, Miroslav Stox, Vratislav Qreşko kimi ötənlərin tanınmış futbolçularının iştirak etdiyi matçda Slovakiyanın “youtuber”, bloger və müğənniləri də iştirak edib.

Azərbaycandan isə oyuna AZAL-ın keçmiş futbolçusu, uzun illərdir ölkəmizdə yaşayan, hazırda bloger kimi fəaliyyət göstərən Nuqzar Kvirtiya da top dalınca qaçıb.

Epizodların birində topla Totti ilə üz-üzə gələn Kvirtiya “Roma”nın əfsanəsinə hörmət əlaməti olaraq topu meydandan çıxarıb.

Digərlərinin Françeskoya qarşı əzmlə mübarizə apardığı qarşılaşmada Nuqzar bunu “səni aldatmayacağam” jesti olaraq edib ki, İtaliya millisinin keçmiş üzvü buna görə Kvirtiyanı bağrına basıb.

Sosial şəbəkələrdə yayılmış həmin görüntü ciddi marağa səbəb olub, müxtəlif səpikli şərhlər yazılıb.

HƏBİB / SPORTİNFO.AZ

Həmin anın görüntülərini təqdim edirik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti