Tanınmış azərbaycanlı öz adına futbol məktəbi yaratdı

30 İyun 23:00 Maraqlı 669
Tanınmış azərbaycanlı öz adına futbol məktəbi yaratdı

Azərbaycan millisinin veteran müdafiəçisi Mahir Şükürov futbol məktəbi açıb.

Sumqayıtda fəaliyyət göstərəcək məktəbdə 5 və 15 yaş arası uşaqlar futbolun sirlərini öyrənəcək.

Bura təkcə oğlanlar yox, həm də eyni yaşda qızlar da müraciət edə bilər.

Şükürov müstəqillik tariximizin ən yaxşı sağ cinah müdafiəçilərindən biri olub.

"Gənclərbirliyi"nin yetirməsi "Neftçi", "Xəzər Lənkəran", "İnter" (indiki "Şamaxı"), "Qəbələ", "Karvan", "Antalyaspor", "Karşiyaka" (Türkiyə) və "Anji"də (Rusiya) forma geyinib.

Azərbaycan millisində keçirdiyi 76 matçda 4 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Avqust 18:10 Çək və bizə göndər!