Bir vaxtlar sədası Bakıya yayılmışdı, indi Nərimanla komanda yoldaşıdı

20:40 Maraqlı 315
Bir vaxtlar sədası Bakıya yayılmışdı, indi Nərimanla komanda yoldaşıdı

Nikolas Hagen azərbaycanlı futbolsevərlərə yaxşı tanışdır.

Düzdü, 29 yaşlı qapıçı cəmi 1 mövsüm ölkəmizdə çıxış edib.

Onu da iddiası böyük olmayan "Səbail"də.

Amma kiperin 27 matçda meydana çıxdığı Bayıl klubuna keçidi ölkəsində böyük səs-küy yaratmışdı.

Səbəb göstərdiyi performansla bağlı deyildi.

Qvatemaladan olan çox sayda azarkeşin paytaxt klubunun sosial şəbəkə hesablarına axışmasıydı.

Klubun Hagenlə bağlı istənilən paylaşımı toy-bayramla qarşılanırdı.

Bu gün də Qvatemala deyəndə yada Hagen düşür.

Bundan sonra həm də Nəriman Axundzadə düşəcək.

Belə ki, həmin Hagen sən demə bizim Nərimanla komanda yoldaşıdır.

O, millimizin üzvünün qışda üz tutduğu "Kolambus Kru"da artıq 2 ildi forma geyinir.

23 görüşdə meydanda olub.

Eyni anda meydanda olmasalar da yarım ildi komanda yoldaşıdılar.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti