Xiaomi Bakıda yeni Xiaomi 17T seriyasının təqdimatında texnologiya və futbolu bir araya gətirdi
Sportinfo.az xəbər verir ki, 2026-cı il iyunun 3-də “Baku Marriott Hotel Boulevard” otelində Xiaomi 17T smartfonlarının yeni seriyasının təqdimatına həsr olunmuş parlaq tədbir baş tutdu.
Bu gecə Xiaomi texnologiyanı, idmanı və əyləncəni bir araya gətirərək müasir mobil cihazların həyatın ən parlaq emosiyalarını və mühüm anlarını yadda saxlamağa necə kömək etdiyini nümayiş etdirdi.
Tədbirin əsas mövzusu innovativ texnologiyalarla futbol dünyası arasındakı əlaqə oldu. Futbol elə bir idman növüdür ki, burada ən vacib epizodlar saniyələr içində baş verir. Məhz buna görə yeni Xiaomi 17T seriyasının təqdimatı smartfonun texnoloji imkanlarının nümayişini interaktiv futbol aktivlikləri ilə birləşdirən formatda keçirildi.
Tədbir qonaqları Leica-nın qabaqcıl texnologiyaları ilə təchiz olunmuş Xiaomi 17T və Xiaomi 17T Pro modelləri ilə yaxından tanış oldular. Mobil fotoqrafiya imkanlarına xüsusi diqqət yetirildi. Bunlara 5x Leica teleobyektivi, 120 dəfəyədək böyütmə imkanı təqdim edən AI Ultra Zoom funksiyası və hərəkəti, emosiyaları, eləcə də hadisənin atmosferini mümkün qədər təbii şəkildə çatdırmağa imkan verən Leica Live Moment texnologiyası daxildir.
Gecənin xüsusi qonağı “Neftçi” futbol klubundan Elvin Camalov oldu. Çıxışı zamanı futbolçu müasir texnologiyaların idmanda və gündəlik həyatda oynadığı mühüm roldan danışdı, həmçinin yeni Xiaomi 17T seriyası ilə bağlı təəssüratlarını bölüşdü. Onun sözlərinə görə, matçın yaddaqalan anlarını, qələbə emosiyalarını və komanda ruhunu yüksək keyfiyyətdə lentə almaq imkanı həm idmançılar, həm də azarkeşlər üçün xüsusi dəyər daşıyır.
Rəsmi hissədən sonra Elvin Camalov tədbirin futbol aktivliklərinə start verdi. Qonaqları bloqer və influenserlərin iştirakı ilə keçirilən dostluq mini-futbol oyunu gözləyirdi. Bu qarşılaşma gecənin ən dinamik hissələrindən birinə çevrildi. İştirakçılar təkcə idman bacarıqlarını nümayiş etdirmədilər, həm də aktiv hərəkət və canlı emosiyalarla dolu dinamik anlarda yeni smartfonların imkanlarını sınaqdan keçirmək fürsəti qazandılar.
Proqramın musiqili yekunu isə məşhur Gagaband qrupunun çıxışı ilə baş tutdu. Qrupun ifası tədbir qonaqları üçün bayram ab-havası yaratdı.
Gecənin tərəfdaşı qismində Chabiant brendi çıxış etdi. Brend qonaqlara müxtəlif şərab kolleksiyasını təqdim edərək axşam proqramını və iştirakçılar arasında qeyri-rəsmi ünsiyyəti tamamladı.
Beləliklə, Xiaomi 17T seriyasının təqdimatı yalnız yeni nəsil smartfonların nümayişi deyil, həm də texnologiya, idman və parlaq təəssüratları bir araya gətirən əsl bayrama çevrildi.
Hədiyyələrlə birgə haradan almaq olar?
Xiaomi yeni flaqman cihazı alıcılarına xüsusi hədiyyə təklif edir. Belə ki, Xiaomi 17T Pro alıcıları Xiaomi REDMI Pad 2 planşetini pulsuz əldə edə biləcəklər. Təklif 30 iyun 2026-cı il tarixinədək qüvvədədir. Alıcılar planşet üçün 24 aylıq zəmanətdən və alış tarixindən etibarən 6 ay ərzində bir dəfə pulsuz ekran dəyişdirilməsi hüququndan yararlana biləcəklər.
Yeni Xiaomi 17T seriyası artıq Kontakt, Irshad, Birmarket, Baku Electronics və Soliton mağazalar şəbəkələrində satışdadır. Smartfonlar aşağıdakı tövsiyə olunan pərakəndə satış qiymətləri ilə təqdim olunur:
• Xiaomi 17T (12 GB + 256 GB) - 1 399 AZN-dən
• Xiaomi 17T (12 GB + 512 GB) - 1 599 AZN-dən
• Xiaomi 17T Pro (12 GB + 256 GB) - 1 899 AZN-dən
• Xiaomi 17T Pro (12 GB + 512 GB) - 2 149 AZN-dən
• Xiaomi 17T Pro (12 GB + 1 TB) - 2 499 AZN-dən

