“Neftçi” Milli Qəhrəmana ehtiram göstərdi - FOTOLAR

28 Aprel 11:50 Maraqlı 738
“Neftçi” Milli Qəhrəmana ehtiram göstərdi - FOTOLAR

“Neftçi” İdman Klubu və Milli Qəhrəman Albert Aqarunov adına “Chess Master” Şahmat Klubunun birgə təşkilatçılığı ilə şahmat üzrə rapid turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, əfsanəvi tankçı, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anadan olmasının 57-ci ildönümünə həsr olunmuş yarışda müxtəlif idman təşkilatlarını təmsil edən 55 şahmatçı bacarığını nümayiş etdirib.

Turnirin keçirilməsində əsas məqsəd Albert Aqarunovun əziz xatirəsini yad etmək, onun qəhrəmanlıq irsini gənc nəsil arasında təbliğ etmək, eyni zamanda uşaqlar arasında şahmata olan marağın artırılması, onların intellektual inkişafının dəstəklənməsi və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verməkdən ibarət idi.

Yarışda oğlanlar arasında Məhəmməd Mustafayev (“Neftçi” İK) turnirin qalibi adını qazanıb. Asim Şeydayev (Xaçmaz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi) gümüş, Hüseyn Mirheydərov (Albert Aqarunov adına “Chess Master” Şahmat Klubu) isə bürünc medala layiq görülüb.

Qızların mübarizəsində Məryəm Qeybullayeva (Xaçmaz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Zəhra Cabbarova (“Neftçi” İK) ikinci, Aminə Amanzadə (“Neftçi” İK) isə üçüncü yeri tutub.

Turnirin qalib və mükafatçılarına diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olunub.

Digər Xəbərlər
Xəbər Lenti
10 Sentyabr 21:00 Mümkün deyil ki?
10 Sentyabr 17:10 Çək və bizə göndər!
10 Sentyabr 07:50 Aslanla gücləndilər - 1 il