Ötən mövsüm "Karvan"da çıxış etmiş Peyman Keşavarzi ölkəsində həbs olunub.
Müdafiəçi İranda günlərdi davam edən iğtişaşlarda iştirak etdiyi üçün cəzalandırılıb.
29 yaşlı futbolçunun karyerasının bir hissəsi Azərbaycanla bağlıdır.
O, yalnız Aran təmsilçisində forma geyinməyib.
İlk dəfə 2019-cu ildə "Sumqayıt" komandasına transfer edilib.
Amma burada uğurlu ola bilmədiyi üçün qısa müddət sonra "Kimyaçılar"dan ayrılmalı olub.
Sonrakı dövrdə "Karvan" və "Sumqayıt"dan başqa, müxtəlif vaxtlarda "Səbail"lə "Kəpəz"də də oynayıb.
4 klubumuzda keçirdiyi 28 matçda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

