Ölkənin ən yaxşı 50 futbolçusu arasında 2 TANIŞ İSİM

12 Aprel 2020 10:38 Şamaxı 710
Ölkənin ən yaxşı 50  futbolçusu arasında 2 TANIŞ İSİM

Belarusda futbol tarixinin ən yaxşı 50 oyunçusunun siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıda vaxtilə Azərbaycan klublarında çıxış etmiş futbolçular da yer alıb.

“Keşlə”nin (“İnter” adlandığı vaxt) heyətində forma geyinmiş Valentin Belkeviç səsvermədə 3-cü yeri tutub. Karyerasının ən yaxşı illəri Kiyev “Dinamo”su ilə bağlı olan yarımmüdafiəçi 956 xal toplayıb. O, 1-ci yeri tutan Sergey Aleynikov (983) və 2-ci olan Aleksandr Qlebdən (976) geri qalıb.

"İnter”də oynamış Vladimir Makovski də “Top-50”yə layiq görülüb. O, topladığı 213 xalla siyahıda 38-ci olub. Makovski Azərbaycan çempionatında 52 oyuna 11 qol vurub, Belkeviç isə 5 matç keçirib.

Digər Xəbərlər
Xəbər Lenti