"Transfer etmisən, niyə oynatmırsan" qorxusu

2 Mart 2020 14:36 Şamaxı 1 110
"Transfer etmisən, niyə oynatmırsan" qorxusu

"Sumqayıt" - "Keşlə" qarşılaşması turnir cədvəli baxımından turun mərkəzi oyunu idi.

"Keşlə"in mövqeyini qorumaq, 2-ci pilləyə yenidən yaxınlaşmaq istəyi, "Sumqayıt"ın bakılıları büdrətməsi nəticəsində mövqeyini daha da möhkəmlətməsi, izləyicilərindən uzaqlaşması matçın mahiyyətini artırırdı.

Sumqayıtlılar evdə qalib gəlməyə borclu idi. Rəqibin əsas dayaqlarından biri Con Kamaranın lk yarıda zədələnməsi də "Sumqayıt"ın işini asanlaşdırmışdı.

Üstəgəl, "Keşlə" hücumda çox da effektli deyil. Hücuma gətirilən yeni transfer - Aleksandr Kristavao rəqiblərə daha çox kömək edir. Oyun ərzində arxası rəqib qapıya olan köntəy ucaboyun texniki imkanları da çox zəifdir.

Astagəl, topu birtəhər ram edəndə də, önə oynamaq əvəzinə, əsasən, axaya mənasız ötürmələri ilə yadda qalır. İmkanı olanda da, çaşıb qalır, boş qapıya belə, topu vurmağa çətinlik çəkir.

"Transfer etmisən, niyə oynatmırsan" qorxusu ndan Tərlan Əhmədov faydasız forvardı meydana buraxmaq məcburiyyətində qalır. Belədə bütün hücum yükü Meza Kolli, vingerlərin və önə atılan müdafiəçilərin üzərinə düşür. Qolların da onlar tərəfindən vurulması təəccüblü deyil.

Slavik Slavik Alxasovun mükəmməl xilaskar "doqquzluğ"unun isə nəinki turun, çempionatın ən gözəl qollarından biri olacağı şübhə doğurmur. Bu qol sayəsində "Keşlə" heç də güclü görünməyən meydan sahibləri qarşısında məğlubiyyətdən canını qurtarmış oldu.

"Sumqayıt" qış fasiləsindən sonra ilk görüşlərdəcə pik formasını nümayiş etdirirdi. Tədricən artırmaq yerinə, 3-4 turdan sonra eniş yaşayacağı gözlənilirdi. Bu qarşılaşma fevralın əvvəlində baş tutsaydı, "Sumqayıt" asanlıqla qələbəsini qazanacaqdı.

Ayxan Abbasov komandanı əzmkar oynada bilir, futbolçuların psixoloji hazırlığı yetindədir. Formada olanda baxımlı, sürətli, mübariz oyun sərgiləyirlər.

Baş məşqçinin matçlara taktiki hazırlığı yetində olur. Əsas problem əsasən oyunun gedişində müdaxilələr və standard vəziyyətlərdən zəif istifadə edilməsidir.

Ayxan Abbasov bu çatışmamazlıqları aradan qaldırsa, məşqçi kimi çox artıra bilər. "Sumqayıt"ın kasad büdcəsi və futbolçu seçimi gənc məşqçinin işini daha da çətinləşdirir. Nəzərə alaq ki, klub prezidenti Riad Rəfiyevin də başı çox vaxt Elxan Məmmədovun tapşırıqlarını yerinə yetirməyə qarışır, bütün yük Ayxan Abbasovun üzərinə düşür.

3 həftə öncə komanda meydanda yüngül, sanballı görünürdü. Qarşıdakı matçlarda enişin yaşanılmaması, futbolçuların formadan düşməməsi üçün Ayxan bəy baş sındırmalıdır.

Əks halda, mövqelərinin qorunub saxlanılması çətin görünür. Hələ ki, əsas rəqiblər zəif çıxışları ilə öz köməklərini əsirgəmirlər. "Keşlə" ilə oyunda itirilmiş 2 xal hərtərəfli dərs olmalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti