Rəşad ona qarşı ikiüzlülük edən baş məşqçini…

29 Fevral 2020 11:48 Şamaxı 1 290
Rəşad ona qarşı ikiüzlülük edən baş məşqçini…

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan «Keşlə»də gərginlik səngimək bilmir.

Düşərgədə elə bir futbolçu qalmayıb ki, Tərlan Əhmədov onunla problem yaşamasın.

Son olaraq Əfran İsmayılovla qalmaqalı yaranan baş məşqçini artıq köməkçiləri də qəbul etmir.

Komandanın oynayan məşqçisi Rəşad Sadiqov qış fasiləsindən sonra meydana çıxmayıb. Qəbələ səfərində adı iştirak ərizəsinə salınmayan 37 yaşlı yarımmüdafiəçi növbəti 3 turu ehtiyat oyunçular skamyasından izləyib.

Mövsümün ilk yarısında ara-sıra forma geyinən təcrübəli futbolçunun indi şans qazanmaması butsılarını birdəfəlik mıxdan asmağa hazırlaşmasıyla bağlı deyil.

Sportinfo.az-ın məlumatına görə, Sadiqov aldadılmasına etiraz edərək meydana çıxmır. Belə ki, Əhmədov ona əməkhaqqısının artıralacağını vəd etsə də, yenə sözünün üstündə durmayıb.

Baş məşqçi bunu büdcəylə əlaqələndirsə də, Rəşad öyrənib ki, komandanın bəzi üzvlərinin maaşına əlavələr olunub. Həqiqəti biləndən sonra Əhmədovu «məhşər ayağı»na çəkən kollektivin lideri «dişinin dibindən çıxanı» üzünə söyləyib, onu ikiüzlülükdə suçlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu