"Keşlə" qələbəyə "ac" qaldı, Əhmədov iddia etdi ki…

24 Yanvar 2020 17:42 Şamaxı 621
"Keşlə" qələbəyə "ac" qaldı, Əhmədov iddia etdi ki…

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Slovakiya “Zemplin”i ilə keçirilən yoxlama oyunundan sonra (1:1) fikirlərini bölüşüb. Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına danışan mütəxəssis əvvəlcə heç-heçəni şərh edib:

"Bu qarşılaşma ilə təlim-məşq toplanışına yekun vurduq. Bu gün, əvvəlki iki matçdan fərqli olaraq, daha az şans qazanan futbolçuları meydana buraxdım. İlk hissənin əvvəllərində hesabı açsaq da, oyunun sonlarına doğru qol buraxdıq".

Çalışdırıcı 13 günlük toplanışı da dəyərləndirib: "Arsenal"la matçdan sonra futbolçularda yorğunluq hiss olunurdu. Həmçinin Ruslan Qurbanovun zədələnməsi son iki matçda planlarımızı pozdu. Buna baxmayaraq, düşünürəm ki, 13 gün ərzində komanda toparlana bildi".

Əhmədovun mövsümün ikinci yarısının çətin keçəcəyini bildirib: "Bakıya qayıtdıqdan 2 gün sonra “Qəbələ” ilə oyuna hazırlaşacağıq. Qarşıda bizi çətin marafon gözləyir. Mövsümün sonuna qədər maksimum xal toplayıb, çempionatı istədiyimiz pillədə başa vurmaq niyyətindəyik".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!