Bölgə klubu yeni transferini ictimaiyyətdən niyə GİZLƏDİB?

4 Avqust 2022 23:20 Şamaxı 853
Bölgə klubu yeni transferini ictimaiyyətdən niyə GİZLƏDİB?

"Şamaxı" 2022/2023 mövsüm üçün yeni qurulmuş heyətini açıqlayıb.

25 nəfərlik siyahı bu gün klubun yeni loqo və formaların təqdimat mərasimində ictimaiyyətə elan olunub.

Amma adlar arasında yeni transfer Adil Nağıyevin olamamsı diqqətdən qaçmayıb.

Təbii ki, ilk ağıla gələn odur ki, olmuya bölgə klubunda yeni transferi təqdim etməyi unudublar?

Amma kiçik araşdırma sonrası məlum oldu ki, bu, unutqanlıq yox, tədbirin startına kimi təcrübəli müdafiəçinin keçidi ilə bağlı sənədlərin tam hazır olmaması səbəbindən olub.

Klub rəsmiləri belədə onun adının yeni mövsüm üçün açıqlanan siyahıya salınmasını doğru hesab etməyiblər.

“Şamaxı”nın yeni mövsüm təqdim etdiyi 25 nəfərlik heyət isə aşağıdakı kimidir:

Qapıçılar: Rəşad Əzizli, Əkpər Vəliyev, Sahib Həsənov

Müdafiəçilər: İbrahim Aslanlı, Arsen Ağcabəyov, Rəhman Daşdəmirov, Fuad Bayramov, Elçin Mustafayev, Cavid Heydərov, Abdulla Rzayev, Rauf Hüseynli, Mirəli Əhmədov

Yarımmüdafiəçilər: Samir Qurbanov, Nihad Quliyev, Elvin Məmmədov, Kamal Mirzəyev, Pərviz Azadov, Bəhruz Teymurov, Qurban Səfərov, Asim Əlizadə, Elçin Rəhimli

Hücumçular: Amil Yunanov, Kamran Quliyev, Bahadur Həziyev, Uğur Cahangirov.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti