Onun Premyer Liqa klubunun başına gətirilməsini Elxan Məmmədov istəyib

22 İyun 2022 14:00 Şamaxı 1 780
Onun Premyer Liqa klubunun başına gətirilməsini Elxan Məmmədov istəyib

Şamaxı İcra Hakimiyyətinin rəhbər şəxsləri "Cəbrayıl"ın baş məşqçisi Cavid Hüseynovla görüşüb.

Ona eyniadlı klubun sükanı arxasına keçmək təklif olunub.

34 yaşlı mütəxəssisə bildirilib ki, bu məsələ AFFA ilə razılaşdırılıb.

Bu, həqiqətən belədir. Cavid Hüseynovun namizədliyi konkret olaraq AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədov tərəfindən irəli sürülüb.

O, mayın əvvəlindən FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru vəzifəsini tutsa da, günü bu günə kimi AFFA-nı nəzarətində saxlayır və ölkənin futbol həyatına təsir gücü qalmaqdadır.

Öz yerinə baş katib təyin etdiyi Sərxan Hacıyev və federasiyanın digər departamentlərinin sədrləri E.Məmmədovun tapşırıqlarını yerinə yetirməkdə davam edir.

S.Hacıyev son həftələrdə dəfələrlə C.Hüseynovla əlaqə saxlayıb, «Cəbrayıl»ın UEFA Region Kubokuna hazırlığı ilə maraqlanıb.

"Cəbrayıl" ötən mövsüm Cavid Hüseynovun başçılığı altında Region Liqasının qalibi olub. Komanda UEFA Region Kubokunun ilkin mərəhələsinin 2-ci qrupunda Belarus təmsilçisi “Kolos” ilə sabah Şamaxıda qarşılaşacaq.

«Cəbrayıl» bir müddətdir Şamaxıda təlim-məşq toplanışı keçir. Kollektivin əyalətdə hazırlığa yığışmasını AFFA təşkil eləyib. Bütün xərcləri federasiya qarşılamaqdadır.

Cavid Hüseynovla Elxan Məmmədov arasında münasibətlər birincinin millidə çıxış etdiyi dövrdən yaxın olub.

Elə «Cəbrayıl»ın yaranması və Region Liqasında yarışmağa başlaması bu münasibətlərin nəticəsidir. AFFA komandaya aylıq vəsait və avtobus ayırıb, məşq meydançaları ilə pulsuz təmin edib.

«Qəbələ»nin sabiq kapitanına daha öncə «Neftçi»dən dəvət gəlmişdi. «Ağ-qaralar» ona 19 yaşlıların sükanı arxasına keçməyi təklif etmiş və razılığını almışdı.

Göründüyü kimi, AFFA-nın prosesə müdaxiləsi və «Şamaxı» variantını irəli sürməsi Hüseynovun fikrini dəyişdirib.

Gənc məşqçi federasiyanın xeyir-duası ilə hərəkətə keçən Şamaxı İcra Hakimiyyətinin şərtlərini qəbul edib (https://www.sportinfo.az/idman_xeberleri/kesle/142957.html).

Təyinat UEFA Region Kubokunda 2022/2023 mövsümünün ilkin mərhələ oyunlarından sonra gerçəkləşəcək. Bu vəzifədə Rüstəm Əliyevi əvəzləyəcək Cavid Hüseynovla 2 illik müqavilə imzalanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı