"Keşlə"yə ən böyük yaxşılığı edən – Bu adam düzələcəkmi?

26 Sentyabr 2021 13:00 Şamaxı 1 175
"Keşlə"yə ən böyük yaxşılığı edən – Bu adam düzələcəkmi?

"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının V tur matçında texniki zonadan qovuldu.

41 yaşlı mütəxəssis ilk hissənin sonlarında baş hakim Fərid Hacıyevin qərarına sərt şəkildə etiraz etdiyi üçün ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırıldı.

Adam referini söyürmüş… Komandasına gücü çatmayan Qurbanov gücü dilinə verincə, tribunaya göndərildi.

Fərid Hacıyev bu qərarı ılə «Keşlə»yə yaxşılıq etmiş oldu. Baş məşqçisini texniki zonada görməyən futbolçular «Qarabağ»a əsl müqavimət göstərdi, məğlubiyyətin qapısından döndü.

Şübhə etmirəm ki, Qurbanov əyləşdiyi yerdən uzaqlaşdırılmasaydı, ev sahibləri vaxtından xeyli əvvəl təslimiyyət bayrağı qaldıracaqdı.

Demişəm, deyirəm, deyəcəm: «Keşlə»nin heyəti normaldır. Bu futbolçu kontingenti ilə medallar uğrunda sonadək mübarizə aparmaq, avrokuboklara vəsiqə qazanmaq olar.

Nə olsun ki, Qurbanov xidmətindən yararlandığı yerlilərdən və legionerlərdən dəqiqəbaşı şikayətlənir, mütləq əksəriyyətinin lazımsız olduğunu düşünür və bəzən bunu açıq dillə ifadə edir, lakin dünənki qarşılaşma bir daha əyani şəkildə göstərdi ki, heç də hər şey baş məşqçinin iddia etdiyi kimi, faciəvi deyil.

Bunun üçün heç nə yox, sadəcə, düzgün yanaşma lazımdır ki, kollektiv nəticə versin.

«Keşlə» ilk xalının istisinə qızınmaq üçün 5-ci turu gözləməli deyildi. Bu, Qurbanovun yarıtmazlığının, yararsız olmasının sübutudur.

Əl-ayağa düşməklə, xahiş-minnətlə iş yerində günü günə calayan Qurbanova bəyənmədiyi futbolçuları nümayiş etdirdi ki, o, olmasa, dağı yerindən tərpədərlər. «Qarabağ»la 1:1 «Keşlə»lilərin baş məşqçiyə qəzəbinin təcəssümüdür.

Sənan Qurbanov heç düzəlməyib. «Qəbələ»də necə idi, «Keşlə»də də həmin kəsdir. «Qəbələ»də işləyəndə nə vaxt ki texniki zonadan qovulurdu, komanda əsl görkəminə qayıdırdı, futbolu ilə göz oxşayırdı.

Nə vaxt ki cəzası başa çatırdı, texniki zonaya dönürdü, «Qəbələ» miskin və ürək bulandıran oyunu ilə izləyənləri məyus edirdi.

Qurbanovun kobud rəftarı, zəhər kimi dili bərabərindəki hər kəsi ondan uzaq salıb. Bu, əvvəl «Qəbələ»də də belə idi, indi «Keşlə»də də belədir.

KAMİL

Keşlənin baş məşqçisi texniki zonadan qovulub

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı