Mətbuat konfransına qatılmaqdan imtina etdi - Mourinyo

3 Sentyabr 2023 01:30 İtaliya 1 507
Mətbuat konfransına qatılmaqdan imtina etdi - Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya çempionatının 3-cü turunda “Milan”la ev oyunundan (1:2) sonra mətbuat konfransında iştirak etməyib.

Üç turdan sonra iki görüşdə məğlub olan romalılar cəmi bir xal toplayıblar.

Sportinfo.az xəbər verir ki, bu, “Roma”da 1950/51 mövsümündən bəri ən pis başlanğıc kimi tarixə düşüb.

“Roma” növbəti turda, sentyabrın 16-da öz meydanında “Empoli” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"