
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Zaqreb təmsilçisi ilk oyunda 3:1 hesabı ilə qalib gəldiyi "Sparta"nın qonağı olub.
Praqada keçirilən görüş Çexiya klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə "Sparta" Avqopa Liqasının, "Dinamo" isə Konfrans Liqasının qrup mərhələsinə düşüb.
Mahir Emreli matçın 71-ci dəqiqəsində - rəqib 3:1 hesabı ilə öndə olarkən meydana daxil olub və fərqlənə bilməyib.