"Virusu evimə gətirdim, xanımım və qızıma ötürdüm"

14 May 2020 14:08 İtaliya 539
"Virusu evimə gətirdim, xanımım və qızıma ötürdüm"

"Fiorentina"nın idman direktoru Daniele Prade ailə üzvlərini koronavirusa yoluxdurub.

Sportinfo.az xəbər verir ki funksioner bu barədə "Sport.sky.it" saytına açıqlama verib. O, koronavirusun gizli virus olduğunu bildirib.

Prade təhlükəsizlik tədbirlərinə riayət etməyin və ünsiyyətdən qaçmağın vacib olduğunu söyləyib: "Virusu evimə gətirdim və həyat yoldaşım, qızım, nəvələrim, digər ailə üzvlərimə ötürdüm".

Daha öncə "Fiorentina"nın bir neçə üzvündə koronavirus aşkarlanıb. Martın 11-də koronavirus pandemiyası səbəbindən dayandırılan A Seriyasının iyunun 13-də qaldığı yerdən davam edəcəyi açıqlanıb.

Digər Xəbərlər
Xəbər Lenti