İtaliya klubu “Çelsi”nin müdafiəçisini icarəyə götürdü - RƏSMİ

01:40 İtaliya 80
İtaliya klubu “Çelsi”nin müdafiəçisini icarəyə götürdü - RƏSMİ

“Napoli” “Çelsi”nin müdafiəçisi Benia Badyaşilin transferini rəsmən açıqlayıb.

Sportinfo.az xəbər verir ki, fransalı futbolçu karyerasını İtaliyada icarə əsasında davam etdirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşma 2026/27 mövsümünün sonuna qədər qüvvədə olacaq və Badyaşilin transfer hüquqlarının birdəfəlik alınması imkanını nəzərdə tutur.

“Napoli” 25 yaşlı mərkəz müdafiəçisinin icarəsi üçün 3 milyon avro ödəyəcək. Satınalma məbləği isə əlavə olaraq 20 milyon avrodur.

Badyaşil 2023-cü ildən “Çelsi”də çıxış edir. Fransa millisinin üzvü ötən mövsüm London təmsilçisinin heyətində bütün turnirlərdə 16 matçda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Avqust 20:00 Çək və bizə göndər!