“Mançester Siti”nin 55 milyon avroluq mərkəz müdafiəçisini istəyir - İtaliya nəhəngi

18:40 İtaliya 104
“Mançester Siti”nin 55 milyon avroluq mərkəz müdafiəçisini istəyir - İtaliya nəhəngi

“Milan” “Mançester Siti”nin mərkəz müdafiəçisi Ruben Diaşı transfer etmək istəyir.

Sportinfo.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, İtaliya klubu 29 yaşlı futbolçunu müdafiənin mərkəzini gücləndirmək üçün əsas namizədlərdən biri kimi nəzərdən keçirir.

Klub hələ portuqaliyalı oyunçu üçün rəsmi təklif irəli sürməyib və onun özü ilə də razılığa gəlməyib. Transferin reallaşması isə “Milan” üçün asan olmayacaq.

Diaşın “Mançester Siti” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər qüvvədədir. O, 2025/26 mövsümündə bütün turnirlərdə 33 oyuna çıxıb və 2 qol vurub.

“Transfermarkt” oyunçunun bazar dəyərini 55 milyon avro olaraq qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti