“Milan”ın hücumçusu Rafael Leao karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
sPORTİNFO.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə “Lids” maraqlanır.
“Milan” Leao ilə yolları ayırmağa hazırdır. Ancaq “Lids” hələlik italiyalılara rəsmi təklif göndərməyib.
İngiltərə klubunun transfer pəncərəsinin bağlanmasına yaxın rəsmi təkliflə çıxış edəcəyi gözlənilir.
Bununla belə, Leaonun transferinin reallaşması asan olmayacaq. Buna səbəb “Milan”ın futbolçu üçün yüksək məbləğ tələb etməsi və portuqaliyalı hücumçuya digər klubların da ciddi maraq göstərməsidir.
Leaonun “Milan”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalı onun dəyərini 50 milyon avro qiymətləndirir.
