"Yuve" 3 futbolçusunu "Mançester Yunayted"ə verir - Poqba üçün

13 May 2020 17:36 İtaliya 498
"Yuve" 3 futbolçusunu "Mançester Yunayted"ə verir - Poqba üçün

"Yuventus" "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanı heyətinə qatmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, Turin klubu oyunçuya transfer bədəli ödəməmək üçün qarşı tərəfə üç futbolçusunu təklif edib.

Məlumata görə, “Yuventus” Poqbanın qarşılığında “Mançester Yunayted”ə Federiko Bernardeski, Duqlas Kosta və Adrian Rabionu verir. “Qırmızı şeytanlar” isə fransalı futbolçunun komandadan ayrılmasını istəmir.

Tərəflər arasında danışıqların davam etdiyi bildirilir. Poqba 2012-16-cı illərdə "Yuventus" da oynayıb. O, 2016-cı ildə 105 milyon avro qarşılığında “Mançester Yunayted”ə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"