
Xəbər verdiyimiz kimi, İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli yenidən “Adana Demirspor”a qayıdıb.
Sportinfo.az xəbər verir ki, o, Super Liqa təmsilçisi ilə müqavilə imzalayıb.
Balotelli Adana təmsilçisinin düşərgəsinə qoşulub və komanda yoldaşları ilə görüşüb. Onların arasında Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev də olub.
Ş.Məhəmmədəliyev də Baloteli kimi klubun bu yaydakı transferlərindəndir.
M.Balotelli 2021/22 mövsümündə də “Adana Demirspor”da oynayıb.