"Milan" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi "AZ Alkmar"dan Ticani Reyndersi rənglərinə bağlayıb.
"Milan" 24 yaşlı yarımmüdafiəçi üçün Niderland klubuna 19 milyon avro ödəyib. Futbolçu yeni klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayıb.
"AZ Alkmar" Ticani Reyndersi 2020-ci ilin yayında "Valveyk"dən transfer etmişdi. Niderlandlı orta xətt oyunçusu son mövsümdə komandanın heyətində meydana çıxdığı 54 rəsmi matçda 7 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

