Mahirin komandası kubokda mərhələni necə adladı? - VİDEO

02:50 Bizimkilər 81
Mahirin komandası kubokda mərhələni necə adladı? - VİDEO

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” Polşa Kubokunun 1/16 final mərhələsində çətin qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, Çenstoxova təmsilçisi səfərdə “Motor Lublin”lə əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında 3:1 hesabı ilə üstün olub.

Mahir Emreli matça start heyətində başlayıb və 82-ci dəqiqədə Adam Basse ilə əvəzlənib.

Oyunun ilk hissəsində qol vurulmayıb. Fasilədən sonra, 51-ci dəqiqədə “Rakuv”un qapıçısı Katser Trelovskinin Karol Çubaka qarşı qayda pozuntusuna görə meydan sahiblərinin xeyrinə penalti təyin edilib.

Mbaye Ndiaye 11 metrlik zərbəni dəqiq yerinə yetirərək “Motor”u hesabda önə çıxarıb. 90+2-ci dəqiqədə Bereşinski ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

İki dəqiqə sonra Lamin Diabi-Fadiqa cərimə meydançasının kənarından qüvvətli zərbə ilə hesabı bərabərləşdirib – 1:1.

Əlavə vaxtda say üstünlüyünə malik olan “Rakuv” bir neçə qol imkanı yaratsa da, fərqlənə bilməyib.

Qalib penaltilər seriyasında müəyyənləşib. Burada 3:1 hesabı ilə üstün olan qonaqlar 1/8 finala vəsiqə qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"