"Sabah", "Qarabağ" və “Turan”ın futbolçuları hakimləri niyə söyüb?

"Sabah", "Qarabağ" və “Turan”ın futbolçuları hakimləri niyə söyüb?

AFFA İntizam Komitəsi "Sabah" və "Qarabağ"ın futbolçularını cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna AFFA U-17 Liqasında keçirilmiş "Qarabağ" – "Sabah" oyununda baş verən hadisələr səbəb olub.

"Sabah"ın futbolçuları Kənan Əliyev və Nizami Nəbiyev hakimlərə qarşı hərəkətlərinə görə cəzalandırılıblar.

Qarşılaşmanın 21-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alan Kənan Əliyev, 90+2-ci dəqiqədə dava etdiyinə görə meydandan qovulan Nizami Nəbiyev oyun başa çatdıqdan sonra hakimlər briqadasına qarşı qeyri-etik ifadələr işlətdiklərinə görə müvafiq olaraq 6 oyunluq cəzalanıblar.

Bundan əlavə, "Sabah" 1000 manat cərimələnib.

"Qarabağ"ın futbolçusu Ayxan İbadov da dava etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. O, növbəti 4 oyuna buraxılmayacaq.

Ağdam təmsilçisinin digər oyunçusu İbrahim Sadiqli isə 90+2-ci dəqiqədə hakimlər briqadasına qarşı qeyri-etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydandan qovulub. O, 5 oyunluq diskvalifikasiya edilib.

Bundan əlavə, AFFA U-17 Liqasında keçirilmiş "İmişli" – "Şamaxı" oyununda qonaq komandanın köməkçi məşqçisi Tərlan İsgəndərov 68-ci dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb. O, bu səbəbdən növbəti 5 oyunda texniki zonada yer ala bilməyəcək.

AFFA Gənclər Liqasında keçirilmiş "İmişli" – "Turan Tovuz" matçında isə qonaq komandanın futbolçusu Uğur Kişiyev 90-cı dəqiqədə oyun bərpasını ləngitdiyinə görə ikinci sarı vərəqə alaraq meydanı tərk edib. O, qırmızı vərəqədən sonra hakimi təhqir etdiyinə görə növbəti 6 oyunda iştirak edə bilməyəcək.

"Turan Tovuz"isə 1000 manat cərimə ödəyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"