Gültac Zaqrebdə bürünc medal qazandı, Nizami zədəyə görə tatamıyə çıxmadı

07:10 Cüdo 93
Gültac Zaqrebdə bürünc medal qazandı, Nizami zədəyə görə tatamıyə çıxmadı

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Xorvatiyanın paytaxtı Zaqrebdə start götürən Qran-pri turnirinin bürünc medalçısı olub.

Sportinfo.az xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz xorvatiyalı Tixeya Topolovets və Çin Taypeyindən olan Pin-Syun Tsenqə qalib gələrək 1/4 finala yüksəlib.

Bu mərhələdə macarıstanlı Roza Dyertyaşa məğlub olan Məmmədəliyeva mübarizəni təsəlliverici görüşlərdə davam etdirib. Kosovolu Fatjona Kasapi üzərində qələbə qazanan Azərbaycan cüdoçusu üçüncü yer uğrunda qarşılaşmada italiyalı İlaria Finestronedən üstün olub.

Nizami İmranov (66 kq) da medal qazanmağa yaxın olub. Təmsilçimiz ardıcıl olaraq fransalı Daki Bubu, italiyalı Matteo Pirası və mərakeşli Abderrahman Buşitanı məğlub edib.

Yarımfinalda braziliyalı Ronaldo Limaya uduzan İmranov bürünc medal uğrunda görüşə çıxmayıb. Buna səbəb onun zədələnməsi olub. Bürünc medal görüşünə çıxmayan idmançımız Zaqreb Qran-Prisini 5-ci pillədə tamamlayıb.

Azərbaycanın digər iki təmsilçisi isə ilk görüşlərindən sonra mübarizəni dayandırıblar. Turan Bayramov (66 kq) almaniyalı Florian Bekerə, Murad Muradlı (60 kq) isə fransalı Luka Mxeidzeyə məğlub olub.

Xorvatiyanın paytaxtında keçirilən yarış noyabrın 15-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!