Azərbaycan klubunun əcnəbisi turun bombardiri oldu - Avropa Kubokunda

08:00 Basketbol 47
Azərbaycan klubunun əcnəbisi turun bombardiri oldu - Avropa Kubokunda

“LANDAU Lions”un basketbolçusu De Ondre Cekson FIBA Avropa Kubokunda həftənin ən çox xal toplayan oyunçusu olub.

Sportinfo.az xəbər verir ki, FIBA altıncı turun icmalında amerikalı basketbolçunu 34 xalla həftənin ən məhsuldar oyunçusu kimi göstərib.

Cekson bu nəticəni İsveçrənin “Lions de Geneve” komandası ilə səfər qarşılaşmasında qeydə alıb. Onun məhsuldar oyununa baxmayaraq, “LANDAU Lions” rəqibinə 77:85 hesabı ilə məğlub olub.

Bu, Azərbaycan təmsilçisinin turnirdə keçirdiyi altı oyunda beşinci məğlubiyyəti olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!