"O, işləmir və buranın güclü komandaya çevrilməsinə mane olur"

27 Sentyabr 2023 01:30 İtaliya 818
"O, işləmir və buranın güclü komandaya çevrilməsinə mane olur"

İtaliyalı keçmiş baş məşqçi Arriqo Sakki “Milan”ın hücumçusu Rafael Leao haqda danışıb.

Sportinfo.az xəbər verir ki, “Milan”ın sabiq çalışdırıcısı portuqaliyalı futbolçunun oyun tərzindən narazı olduğunu bildirib:

“Leao meydandakı davranışı, müdafiəyə qayıtmaması və qrupla işləmək istəməməsi ilə “Milan”ın güclü komandaya çevrilməsinə mane olur.

Klubun keyfiyyətcə sıçrayış etməsini istəyiriksə, komandanın hər bir oyunçusunun funksional olması və ümumi uğur naminə özünü qurban verməyi bacarması lazımdır”.

24 yaşlı futbolçu cari mövsümdə 5 matçda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"