“Onlar hələ burada oynamağın nə demək olduğunu bilmirlər”

27 Sentyabr 2023 00:00 İtaliya 640
“Onlar hələ burada oynamağın nə demək olduğunu bilmirlər”

“Milan”ın sabiq qapıçısı Nelson Dida A Seriyasının bu mövsümündə keçmiş komandasının nəticələrini şərh edib.

Sportinfo.az xəbər verir ki, braziliyalı keçmiş qapıçı klubun zamana ehtiyacı olduğunu söyləyib:

“Komanda hələ də inkişaf mərhələsindədir. Düzdür, artıq beş oyun keçirilib, amma məşqçilər korpusuna işləmək üçün vaxt vermək lazımdır.

Stefano Pioli (baş məşqçi) çoxlu transferlər etdi və onların hər birinin hansı vəzifələri tuta biləcəyini başa düşmək üçün vaxt lazımdır.

Bundan əlavə, İtaliyada əvvəllər oynamayan futbolçular var. Onlar hələ A Seriyasında oynamağın nə demək olduğunu bilmirlər”.

“Milan” A Seriyasının bu mövsümündə 4 qələbə qazanıb, 1 oyunda uduzub. Komanda 12 xalla İtaliya çempionatının turnir cədvəlində ikinci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti